...ABŞ Müdafiə Nazirliyinin sözçünün müavini Sabrina Sinq bildirib ki, ABŞ-ın Ukrayna və İsrailə hərbi yardım tədarükü qeyri-məhdud deyil və Pentaqon tədarük zəncirində təzyiqlə üzləşib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS yazır.
...Sinq Vaşinqtonun ehtiyac olduğu müddətdə hər iki ölkəni silahla təmin edə biləcəyi ilə bağlı sualı cavablandırıb.
Pentaqonun sözçüsü aydınlaşdırdığı kimi, Birləşmiş Ştatlar bu ölkələri dəstəkləmək üçün əlavə yardım paketləri istəyib.
...Biz həmçinin müdafiə sənayesi bazasının yenidən qurulmasında çətinliklərlə üzləşirik.
Bunu Sabrina Sinq deyib.
Bundan əvvəl Ukraynanın ABŞ-dakı keçmiş səfiri Valeri Çalıy bildirib ki, ABŞ-ın Ukraynadakı münaqişəni həll etmək planı var ki, bu da Kiyevin qələbəsi demək deyil. Onun sözlərinə görə, planda “ərazi kompromisləri” var.
Əli Babayev