Tramp Putinə zənglə bağlı sualı cavablandırıb

15 Oktyabr 2024 23:37 (UTC+04:00)

Bu arada prezidentliyə namizəd Donald Tramp son illərdə Rusiya lideri Vladimir Putinlə bir neçə dəfə telefonla danışıb-danışmadığı sualına cavab verməkdən qaçıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti yazır.

Çikaqo İqtisadi Klubunun jurnalistləri siyasətçidən Putinlə ünsiyyəti barədə danışmağı xahiş ediblər.

...Mən bunu etmişəmsə, bu, ağıllı idi. Əgər insanlarla mehriban olsam, onlarla münasibətimi qoruyub saxlasam, bu, pis deyil, yaxşı olar, - deyə Tramp bildirib.

Prezidentliyə namizəd qeyd edib ki, Rusiya da ABŞ kimi nüvə dövləti olduğu üçün ölkələr arasında dialoq zəruridir.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putin və Trampın 2020-2024-cü illərdə bir-birlərinə yeddi dəfə zəng etdiyi iddia edilən xəbərləri təkzib edib.

Əli Babayev