...Ukrayna hakimiyyəti Xarkov vilayətinin Kupyansk şəhərindən, həmçinin üç qonşu cəbhə bölgəsindən - Kondraşovka, Petropavlovka və Kurilovka kəndlərindən mülki əhalinin məcburi təxliyəsini elan edib.
SİA-nın əldə etdiyi məlumata görə, regional hərbi administrasiyanın rəisi Oleq Sinegubov bu qərarı “hərbi vəziyyətin pisləşməsi” və hakimiyyətin “istilik mövsümünü, elektrik enerjisinin verilməsini və ya humanitar yardımın göstərilməsini təmin edə bilməməsi ilə izah edib.
...Düşmən kritik infrastrukturu atəşə tutur, onların bərpası indi mümkün deyil.
Qeyd edək ki, Kupyansk Ukraynanın şərqində, Xarkovdan 116 kilometr aralıda yerləşən böyük dəmir yolu qovşağıdır. Rusiya qoşunları şəhəri Ukraynaya genişmiqyaslı işğalın başlamasından dərhal sonra - 2022-ci il fevralın sonunda ələ keçirdilər.
Həmin ilin payızında Ukrayna Silahlı Qüvvələri onu geri ala bildi. İndi rus ordusu yenidən Kupyanski tutmağa çalışır.
Genişmiqyaslı müharibə başlamazdan əvvəl Kupyansk rayonunda 50 mindən çox, Kupyansk şəhərinin özündə isə 25 mindən çox insan yaşayırdı.
Oleq Sinegubovun sözlərinə görə, hazırda Rusiya ordusunun yaxınlaşdığı Oskol çayının solunda, şərq sahilində dörd minə yaxın mülki şəxs qalıb.
Əli Babayev