Ruslar Tatarıstanda rus hərbçilərinin nəhəng qəbiristanlığını lentə alıblar

16 Oktyabr 2024 00:37 (UTC+04:00)

...Bu arada Ukrayna ilə müharibədə həlak olan rus hərbçilərinin dəfn olunduğu Tatarıstandakı hərbi qəbiristanlıq hadisə şahidləri tərəfində lentə aldınaraq internetdə video kimi yayılıb.

Qeyd edilməlidir ki, qəbiristanlıq qəbirlərlə “dolub daşır” ki, bu da Rusiya tərəfinin itkilərinin nə qədər şox olduğunu göstərir.

SİA-nın əldə etdiyi məlumata görə, video “Ukrayna 365” Telegram kanalında yayımlanıb.

...Kadrlarda çoxsaylı Rusiya bayraqları və müxtəlif bölmələrin bayraqlarını görmək olar ki, bu da ərazinin hərbi məzarlıq olduğunu müəyyən etməyə imkan verir.

Videoya şərhlərdə deyilir ki, itkilər o qədər böyükdür ki, insanlar baş verənlərin miqyasını görsünlər deyə qəbiristanlığı lentə alıb yaxınlarına göstərmək qərarına gəliblər.

...Baş verənləri kameraya çəkən qadının “...bir sözlə, qarışıqlıqdır, Edik, bu dəhşətdir”-dediyi aydın eşidilir.

...Axı bu qəbiristanlıqlardan Rusiyanın başqa bölgələrində də var.

Əli Babayev