Tramp seçki kampaniyasında 39 dəqiqə rəqs edib...

15 Oktyabr 2024 21:44 (UTC+04:00)

...ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Pensilvaniya ştatının Oaks şəhərində keçirdiyi seçki kampaniyasında 40 dəqiqəyə yaxın rəqs edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Amerikanın “The Washington Post” qəzeti yazır.

...Tramp 39 dəqiqə ərzində yelləndi və rəqs etdi, arabir dayanıb danışdı, tədbiri mitinq üçün özünün bəstələdiyi pleylistdən sevimli mahnılarını dinləmək seansına çevirdi.

Bunu nəşr yazır.

Qəzetin qeyd etdiyi kimi, Trampın seçki tədbirində bu vəziyyət otaqdakı iki tamaşaçının tibbi yardıma ehtiyacı olması səbəbindən baş verib.

Tramp zarafatla izdihamdan “başqası huşunu itirmək istəyir” deyə soruşaraq vəziyyəti sakitləşdirməyə çalışıb.

...Gəlin daha sual verməyək, sadəcə musiqiyə qulaq asaq, - Respublikaçılar Partiyasından prezidentliyə namizəd təklif edib.

Bundan əvvəl Tramp seçkiləri uduzmaq barədə düşünmək istəmədiyini bildirib.

Əli Babayev