Rusiya xərçənglə mübarizəyə 140 milyard rubl ayıracaq

15 Oktyabr 2024 22:14 (UTC+04:00)

Rusiya yaxın 5 ildə xərçənglə mübarizəyə 140 milyard rubl ayırmağı planlaşdırır.

SİA rus saytlarına istinadən xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, pul başqa şeylərlə yanaşı, artıq minə yaxın ölkə üzrə fəaliyyət göstərən ambulator onkoloji mərkəzlərin inkişafına və ən müasir avadanlıqların alınmasına sərf olunacaq.

Onlar orada dayanmaq fikrində deyillər. Bütün ölkəni də əhatə edəcək vahid radioloji xidmətin yaradılması da nəzərdə tutulur.

Bütün bunlar erkən mərhələdə xəstəlikləri tez tapmağa kömək edəcəkdir.

Onsuz da vaxtında yardım göstərildiyi üçün cərrahi müdaxilə çox vaxt tələb olunmur.

Nazlı Almuradova