Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun İsrailin Türkiyəyə qarşı apardığı qaralama kampaniyalara baxmayaraq Türkiyənin qlobal arenada həqiqət blokunun təmsilçisi kimi öz mövcudluğunu davam etdirdiyini deyib.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Fəxrəddin Altunun sədrliyi ilə Prezident İqamətgahında İctimai Diplomatiyanın Koordinasiya Şurasının V iclası keçirilib.
İclasda nazir müavinləri, aidiyyəti dövlət qurumlarının və bəzi qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
İsrailin Türkiyəyə qarşı qaralama kampaniyası apardığını deyən Fəxrəddin Altun buna baxmayaraq Türkiyənin qlobal arenada bir həqiqət blokunun təmsilçisi kimi güclü mövcudluğunu davam etdirdiyini ifadə edib.
Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun "Qlobal güc indeksi 2024" hesabatı ilə bağlı məlumatları paylaşıb.
Türkiyənin 193 ölkə arasında 18-ci yerdə olduğunu, bir ildə 10 pillə yüksəldiyini, “təsir dairəsi” kateqoriyasında isə 13-cü olduğunu bildirən Fəxrəddin Altun “Türkiyənin gücünü və təsir dairəsini daha da genişləndirəcəyik” ifadələrini işlədib.