...Rusiya Federasiyasının Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bölgədə məmurların azlığından şikayətlənib. Onun sözlərinə görə, guya Ukraynaya qarşı müharibəyə səfərbər olublar.
SİA-nın əldə etdiyi məlumata görə, SOTA xəbər verir ki, o, bu barədə “VKontakte”də danışıb.
Qladkov iddia edir ki, məmurlar kütləvi şəkildə Bars-Belqorod könüllü birləşməsinə qoşulur, onun iştirakçılarına ən azı 80 min rubl ödəyəcəkləri söz verilir.
...O bildirib ki, Rusiya Müdafiə Nazirliyi ilə məmurların rotasiyasıyla bağlı danışıqlar aparmaq istəyir.
Çünki onların müharibədə iştirakı... guya regionun “bələdiyyə və dövlət orqanları üçün” problem yaradır.
...Mənim üçün bunlar böyük kadr problemləridir. Ümid edirəm ki, biz Rusiya Federasiyasının Müdafiə Nazirliyi ilə razılaşacağıq, çünki təkrar edirəm, burada kadr problemi var. bütün sahələr, -deyə qubernator... şikayət edib.
Əli Babayev