İtaliyada Fələstinə dəstək yürüşü

15 Oktyabr 2024 18:04 (UTC+04:00)

İtaliyanın Udine şəhərində UEFA Millətlər Liqası çərçivəsində İtaliya ilə İsrail milli futbol komandaları arasında keçirilən oyun öncəsi Fələstinə dəstək yürüşü təşkil olunub.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, İsrailə qarşı etirazların olduğu yürüşdə geniş təhlükəsizlik tədbirləri görülüb.

Oyun öncəsi Udine şəhər mərkəzindəki “Repubblica” meydanında toplaşan minlərlə insan İsrailin Qəzzadakı soyqırımına və Livanda davam edən hücumlarına qarşı etiraz aksiyası keçirib.

Yürüşdə nümayişçilər əllərindəki Fələstin bayraqları və "Azad Fələstin", "Soyqırım dayansın" yazılı plakatlarla İsrail milli komandasına etirazlar səsləndirib.