...SİA-nın dünən də xəbər verdiyi kimi, Amerika Kosmik Agentliyi NASA Yupiterin “Europa” peykini öyrənmək üçün nəzərdə tutulmuş avtomatik planetlərarası “Europa Clipper” stansiyasını orbitə buraxıb.
Qeyd edək ki, başlama NASA-nın saytında da yayımlanıb.
“Europa Clipper” Florida ştatındakı kosmodromdan buraxılan Falcon Heavy daşıyıcısı ilə kosmosa buraxılıb.
Deyilənlərə görə, buraxılış əvvəlcə oktyabrın 10-na planlaşdırılıbmış, lakin Milton qasırğası səbəbindən təxirə salınıb.
SİA-nın dünən də yazdığı kimi, “Europa Clipper” NASA-nın günəş sistemimizdəki buzlu okeanları araşdırmaq üçün xüsusi olaraq hazırlanmış ilk avtomobilidir.
Alimlər hesab edirlər ki, Yupiterin peykinin buzlu səthinin altında Yerdəki hər hansı bir okeanın həcmindən iki dəfə böyük bir okean yerləşir.
Onun tərkibində təkhüceyrəli orqanizmlər ola bilər. Stansiya “Europa”-ya 2030-cu ildən tez çatmayacaq. Yolda cihaz 2023-cü ildə Yerdən buraxılan JUICE zondunu (Jupiter Icy Moon Explorer) keçəcək.
Nazlı Almuradova