İlhamə Quliyevanın xatirə gecəsi keçiriləcək

15 Oktyabr 2024 17:09 (UTC+04:00)

Adı musiqi mədəniyyətinə qızıl hərflərlə yazılmış Xalq artisti İlhamə Quliyevanın xatirə gecəsi keçiriləcək. SİA xəbər verir ki, musiqili gecə 22 oktyabr saat 19:00 Opera studiyasında baş tutacaq. Təşkilatçılığını rejissor Nail Naiboğlunun etdiyi konsertdə xalq artistinin sevilən ifaları səsləndiriləcək.