"Sumqayıt"ın əvəzedicilərdən ibarət komandasının baş məşqçisi

15 Oktyabr 2024 15:12 (UTC+04:00)

"Sumqayıt"ın əvəzedicilərdən ibarət komandasının baş məşqçisi bəlli olub. SİA-nın əldə etdiyi məlumata görə, "gənclik şəhəri" təmsilçisini Tural Rzayev çalışdıracaq.

Ona bu işdə "Sumqayıt"ın 17 yaşadək futbolçulardan ibarət komandasını çalışdırmış Hikmət Hüseynov kömək edəcək.

Qeyd edək ki, bu təyinata qədər Tural Rzayev əvəzedici komandadan ayrılan baş məşqçi Vaqif Cavadovun köməkçisi vəzifəsini icra edib.