“Bərpaolunan enerji ehtiyatlarımız iqtisadiyyatımıza böyük töhfə verəcək” - EKOLOQ DANIŞDI

15 Oktyabr 2024 15:03 (UTC+04:00)

“Külək və Günəş bərpaolunan enerji mənbələridir. Bu enerji mənbələrinin ən mühüm xüsusiyyəti ondan ibarətdir ki, atmosferə karbon oksidin buraxmırlar, birmənalı olaraq təbiətin özündən yaşıl enerjini təmin edirlər. Azərbaycan ərazisində də gələcək üçün karbohidrogenin daha ehtiyatlı istifadəsi atmosferi daha təmiz saxlamaq baxımından vacibdir”. Bu sözləri SİA-ya açıqlamasında ekoloq Ənvər Əliyev deyib.

O bildirib ki, Bakı küləkli şəhərdir və burada konkret olaraq külək enerjisi mövcuddur: “Hər bir külək gücündən yararlanmaq vacibdir.
Azərbaycanın bəzi əraziləri isə quru-çöl iqliminə aiddir. Məsələn, Kür-Araz ovalığında Günəş enerjsiinin potensialı böyükdür. Mingəçevirdən başlayaraq Salyana qədər 17 rayonu əhatə edən ərazi var və orada təxminən 2 milyona qədər insan yaşayır. Bu rayonların hər birini Günəş enerjisi ilə təmin etsək, bərpaolunan enerji sahəsində mühüm nailiyyət əldə etmiş olarıq.

Eyni zamanda Naxçıvan ərazisində də çox böyük Günəş enerjisi eytiyyatlarımız var. Ən böyük Günəş enerji ehtiyyatımız isə Ceyrançöl ərazisindədir, bura 280 min kvadrat kilometrlik ərazidir. Bütün bunlar bizim Günəş enerji “batareya”larımızdır. Bu enerji mənbələrindən istifadəyə diqqət ayırmaq çox vacib məsələdir.

Əgər normal külək enerjisindən istifadə edə bilsək, təxminin 1 sutka ərsində 2000 kilovat enerji ala bilərik. Kür-araz ovalığında isə təmxinən ilin 260-265 günü günəşli gündür və bundan da geniş formada yararlana bilərik. Bərpaolunan enerji ehtiyyatlarımız gələcəkdə ekologiya və iqtisadiyyatımıza böyük töhfə verəcək”.