Şri-Lankada leysan yağışlar nəticəsində 3 nəfərin öldüyü, təxminən 135 min adamın isə daşqından zərər çəkdiyi açıqlanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, səlahiyyətlilər, ehtiyat tədbiri olaraq bəzi bölgələrdə elektrik enerjisinin kəsildiyini, dəniz və ordu hissələrinin xalqa ərzaq və digər əsas ləvazimatlarla təmin edilməsi üçün təyin edildiyini və 7 min insanın təxliyə edildiyini açıqlayıb.
Şri-Lanka may ayından bəri musson yağışlarının yaratdığı əlverişsiz hava şəraiti ilə mübarizə aparır. İyun ayında ölkədə 16 nəfər daşqın və sürüşmə nəticəsində həyatını itirib.