Azərbaycan - Estoniya matçı Qəbələdə keçiriləcək

15 Oktyabr 2024 13:05 (UTC+04:00)

Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Estoniyaya qarşı matçı Qəbələdə keçiriləcək. SİA xəbər verir ki, bu barədə Avropa futbol qurumunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, noyabrın 16-da Qəbələ şəhər stadionunda baş tutacaq Azərbaycan - Estoniya matçının start fiti saat 18:00-da səslənəcək.