Torpaq sürüşmələri aktivləşib

15 Oktyabr 2024 11:31 (UTC+04:00)

Ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunur. SİA xəbər verir ki, bunu Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev deyib.

O bildirib ki, son günlər ölkənin bir sıra bölgələrində, xüsusilə dağlıq və dağətəyi rayonlarında müşahidə olunan yağmurlu hava şəraitindən sonra bəzi yerlərdə ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunur: "İntensiv yağıntılar lokal aktivləşmələrə və bəzi yerlərdə sürüşmə hadisəsinin baş verməsinə ehtimallar yaradıb. Yağıntılar nəticəsində respublikanın bir sıra ərazilərinin avtomobil yollarında, xüsusilə Bakı-Şamaxı, Şamaxı-Pirqulu və Şamaxı-İsmayıllı avtomobil yollarının keçdiyi yerlərdəki mövcud sürüşmə sahələrində aktivləşmənin baş verməsi ehtimalı yüksəkdir. Bu səbəbdən həmin istiqamətlərdəki yollardan keçərkən ehtiyatlı olmağı, əgər alternativ varsa, digər yollardan istifadəni tövsiyə edirik”.