Çin istehsalı robot tozsoran sahibini söydü

15 Oktyabr 2024 11:15 (UTC+04:00)

Robot tozsoran sahibini söyüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, "Hack" (sındırılıb) edilmiş robot tozsoranların sahiblərini söydüyü anlar kameralara tuş gəlib.

Türkiyədə satılan Çin istehsalı olan robot tozsoran "Hack" edilib. "Hack" edilmiş robot tozsoranlar təsadüfi olaraq evin ətrafında dolaşaraq söyüşlər qışqırırdılar. Robotları sındırılan vətəndaşlar vəziyyətdən şikayətləniblər.

Görüntülər sosial şəbəkələrdə yayılıb.