Gündən-günə böyüyən təhlükəli "meymunçiçəyi" virusu Cənubi Afrika ölkələri Zimbabve və Zambiyada da müşahidə edilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki,
Zimbabve Səhiyyə və Uşaq Baxımı Nazirliyindən verilən açıqlamada, ölkədə ilk "meymunçiçəyi" xəstəliyinin ötən ay Cənubi Afrika Respublikasına səfər edən 11 yaşlı uşaqda aşkar edildiyi bildirilib. Açıqlamada, Tanzaniyaya səyahət keçmişi olan 24 yaşlı bir kişidə virusun aşkarlanması ilə ölkədə "meymunçiçəyi" xəstəliyinə yoluxma sayının 2-yə yüksəldiyi bildirilib.
Zambiya Səhiyyə Nazirliyindən verilən açıqlamada ölkədə ilk "meymunçiçəyi" xəstəliyinin ötən ay ölkəyə gələn 32 yaşlı Tanzaniya vətəndaşında aşkar edildiyi açıqlanıb.