Murat Boz sevgi kriteriyalarını açıqladı

15 Oktyabr 2024 10:54 (UTC+04:00)

Uzun müddətdir eşq həyatında səssiz qalan Murat Boz qatıldığı qalada eşq həyatı ilə bağlı sualları cavablandırıb. Murat Bozdan sevgilisində hansı xüsusiyyətləri axtardığı soruşulub. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur müğənni Murat Boz yaxın dostlarının rol aldığı filmin qala gecəsinə qatılıb. Nilperi Şahinkayanın baş rolda çəkildiyi filmin qala gecəsinə Seda Bakan və Hadisə də qatılıb.

Qala gecəsində jurnalistlərin suallarını cavablandıran məşhur müğənniyə sevgilisində axtardığı kriteriyalar barədə sual verilib. Murat Boz bu sualı belə cavablandırıb: "Bu iş enerji məsələsidir. Bir az da qarşılıqlı tanınma... Uğurlar. Birlikdə bacararıq. Yetər ki, eyni yolda getməyə qərarlıyıq".

Sevgili üçün kriteriyalarını açıqlayan Murat Boz sadəcə "Ürəyi gözəl olsun!" ifadələrini səsləndirib.