Azərbaycan Mərkəzi Bankı "Ziraat Bank Azərbaycan" ASC-yə və "Gatevay Management Azərbaycan" MMC-yə sığorta agenti fəaliyyəti üçün lisenziyalar verib. SİA bu barədə tənzimləyici quruma istinadən xəbər verir.
Beləliklə, Azərbaycanda sığorta agenti kimi fəaliyyət göstərən hüquqi şəxslərin sayı 55-ə çatıb.
Xatırladaq ki, "Zıraat Bank Azərbaycan" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 65,5 milyon manatdır.
"Gatevay Management Azərbaycan" isə 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 100 manatdır.