Nyu-York birjasında təbii qazın qiymətinin azalması davam edib

15 Oktyabr 2024 09:14 (UTC+04:00)

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. SİA xəbər verir ki, noyabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,61% azalaraq 2,463 ABŞ dolları təşkil edib.