Türkiyədə 4.4 bal gücündə zəlzələ olub

15 Oktyabr 2024 08:05 (UTC+04:00)

Türkiyənin Elazığ şəhərinin Sivriçe rayonunda 4,4 maqnitudada zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələ ocağı təxminən 7 kilometr dərinlikdə yerləşib. Hər hansı tələfat və ya dağıntı qeydə alınmayıb.