“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolanın İngiltərə millisinə rəhbərlik edəcəyi iddia olunur. SİA xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb.
Bildirilir ki, İngiltərə Futbol Assosiasiyası 53 yaşlı mütəxəssislə milli komandanın baş məşqçi postuna mümkün dəvəti ilə bağlı əlaqə saxlayıb. Qvardiolanın yaxın həftələrdə qərar verəcəyi gözlənilir.
Qeyd edək ki, Qvardiola 2016-cı ildən “Mançester Siti”yə rəhbərlik edir.