“WhatsApp”da daha bir yenilik

15 Oktyabr 2024 03:58 (UTC+04:00)

"WhatsApp" sosial şəbəkəsinə vaxta qənaət etməyi asanlaşdıracaq yeni funksiya gəlir. SİA xəbər verir ki, mütəxəssislərinin fikrincə, istifadəçilər sürətləndirilmiş rejimdə videolara baxmaq imkanı əldə edəcək. Videonun oxudulmasını 1,5 və ya 2 dəfə sürətləndirmək olacaq. Yenilik tətbiq beta versiyasında iOS cihazları üçün əlçatandır. Onun bütün sosial şəbəkə istifadəçiləri üçün nə vaxt əlçatan olacağı isə açıqlanmayıb.