...Son günlər Rusiya qoşunları Ukrayna qoşunlarını Kursk bölgəsindən sıxışdırıb çıxarmaq üçün səylərini artırıb.
SİA-nın əldə etdiyi məlumata görə, “The New York Times” yazır ki, bu, Ukraynanın nəzarətində olan ərazilərin azalmasına gətirib çıxarır.
Maralıdır ki, xarici nəşr rusların bu uğurunu müharibəni dayandırmaq üçün danışıqlarda Moskvaya mühüm təzyiq rıçaqı hesab edir.
Nəşrin məlumatına görə, son günlər rus qoşunları Ukraynanın qərb kənarına zərbə endirərək ən azı üç kəndi ələ keçirib.
Amma buna baxmayaraq, Ukrayna hələ də hücumun ilk həftələrində təxminən 400 kvadrat mil olan Rusiya ərazisinin təxminən 300 kvadrat milinə sahibdir.
“The New York Times” xatırladır ki, Ukraynanın Kurska hücumunun əsas iki məqsədi var idi.
...Kremli hücuma cavab vermək üçün cəbhənin digər bölmələrindən qoşunları yayındırmağa məcbur etmək, bununla da Ukrayna qüvvələrinə təzyiqi azaltmaq...
...və Moskvanın geri almağa çalışacağı əraziləri ələ keçirib, potensial olaraq onu danışıqlar masasına oturtmağa məcbur etmək.
...Birinci məqsəd hələ əldə olunmayıb, çünki Kreml əsasən Rusiyadan ehtiyatlar köçürür və Donbassda hücumunu davam etdirir, lakin ikinci məqsədlə hər şey o qədər də sadə deyil. Bunu da nəşr bildirir.
...Hazırda Ukrayna rəsmiləri Rusiyanı sülh danışıqlarına sövq etmək üçün “qələbə planı”nın bir hissəsi kimi ikinci hədəfi güdürlər... Lakin Rusiyanın Kursk bölgəsində hər bir hücumu bu sövdələşmənin dəyərini azaltmaq riski daşıyır.
...Rusiyanın əks-hücumları daim Kurskda Ukraynanın nəzarətində olan ərazinin siyasi əhəmiyyətini azaldır və hazırkı tendensiya davam edərsə, ukraynalılar bu ərazidə öz mövcudluqlarını və bütün ölkənin gələcəyini yenidən nəzərdən keçirməli ola bilər.
Qeyd edək ki, bunu “Black Bird Group”-un analitiki Emil Kastexelmi deyir.
...Ukraynanın Kursk vilayətində nəzarət etdiyi əraziləri saxlaya bilməyəcəyi bəlli deyil. Əvvəllər ekspertlər bildirirdilər ki, Ukrayna ən azı bir neçə ay öz mövqeyini saxlaya biləcək, çünki Rusiya Federasiyası logistika problemlərindən və qeyri-mütəşəkkillikdən əziyyət çəkir. ...Lakin unutmaq lazım deyil ki, bu proqnozlar Rusiyanın son əks-hücumlarından əvvəl verilib.
Əli Babayev