...Bu günlərdə Yupiterin peyki Europa-nı tədqiq edən “Europa Clipper” missiyası Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən uğurla orbitə buraxılıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə NASA-dan bildirilib.
Qeyd edilir ki, missiya SpaceX Falcon Heavy raketi ilə buraxılıb. Gəmi Yupiterin altıncı ən uzaq peyki olan Europa-ya 1,8 milyard mil səyahət etməli olacaq.
İddialara görə, bu azı beş il çəkəcək. Proqnozlara görə isə gəmi 2030-cu ilin aprelində Europa-ya çata biləcək.
...“Europa Clipper” ilk olaraq Yupiterin trayektoriyasını dəyişmək üçün təqribən bir il orbitdə fırlanacaq, sonra isə peykə uçacaq və burada o, Yerə məlumat göndərmək üçün daha üç il sərf edəcək.
Missiyanın əsas məqsədi peykdə üzvi həyatı dəstəkləyə biləcək şərtləri axtarmaqdır. Alimlər hesab edirlər ki, Europa-nın buzlu qabığının altında nəhəng bir okean var.
Nazlı Almuradova