Aleksey Navalnının qızı Daria bir neçə aydır ki, ABŞ prezidentliyinə namizəd Kamala Harrisin seçki qərargahında işləyir.
SİA-nın əldə etdiyi məlumata görə, müvafiq məlumat onun Linkedin sosial şəbəkəsindəki şəxsi bloqunda yerləşdirilib.
Onun vəzifələrinə könüllülərlə ünsiyyət qurmaq və idarə etmək daxildir.
Xatırladaq ki, fevralın 23-də ABŞ prezidenti Cozef Bayden San-Fransiskoda Aleksey Navalnının dul arvadı və qızı ilə görüşüb. Siyasətçi Yuliya və Daria Navalnıya başsağlığı verib, həmçinin onun “irsinin yaşamağa davam edəcəyini” vurğulayıb.
O vaxt Yamalo-Nenets Muxtar Dairəsinin Federal Penitensiar Xidmətinin mətbuat xidməti fevralın 16-da bildirmişdi ki, müxalifətçi Aleksey Navalnı 47 yaşında koloniyada vəfat edib. Belə ki, gəzintidən sonra Navalnı özünü pis hiss edib və demək olar ki, dərhal huşunu itirib. Təcili yardım briqadası məhbusun cəza çəkdiyi koloniyaya 7 dəqiqəyə çatıb. Xəstəyə çatmaq daha iki dəqiqə çəkib, onlar yarım saatdan çox siyasətçini reanimasiya etməyə çalışıblar.
Və...necə deyərlər “ya vəlvələdən, ya da ki, zəlzlədən”..?
Əli Babayev