…Ən gözəl kişilərin reytinqi tərtib edilib - onların mükəmməl üzləri var. Cərrah Julian de Silva belə düşünür.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Daily Mail yazır. Mütəxəssis rəssamların xüsusiyyətlərini diqqətlə öyrənib və qızıl nisbət metodundan istifadə edərək kimin daha cəlbedici olduğunu müəyyənləşdirib.
O, birinci yeri britaniyalı aktyor, “Qisasçılar” filminin ulduzu Aaron Taylor-Consona verib.
Cərrahın sözlərinə görə, onun nisbətləri mükəmməldir. Aktyor 93,04 faiz bal toplayıb. Həkim Taylor-Consonun mənfi cəhətlərini gözlər, burun və dodaqlar arasındakı məsafə və dodaqların forması kimi təyin edib.
…İkinci yeri 92,41 faiz balla “Emily in Paris” serialının aktyoru Lüsien Lavinscount tutub.
…Üçüncü yerdə ikinci Qladiatorun ulduzu Pol Meskaldır.
İlk beşliyə həmçinin “Alatoran” aktyoru Robert Pattinson və aktyor Cek Louden daxil olub.
…Qeyd edək ki, bundan əvvəl Geeks for Geeks portalı Koreyanın BTS qrupunun solisti, 28 yaşlı Kim Taehyunq-u dünyanın ən yaraşıqlısı adlandırmışdı.
Nazlı Almuradova