Şimali Kıbrıs Türk Respublikasının (ŞKTR) prezidenti Ersin Tatar oktyabrın 15-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyu-York şəhərində Cənubi Kipr lideri Nikos Hristodulidis ilə görüşəcək.
SİA-nın əldə etdiyi məlumata görə, görüş Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşin ev sahibliyində baş tutacaq.
Şimali Kıbrıs Türk Respublikasının prezidenti Ersin Tatar Amerika Birləşmiş Ştatlarına getməzdən əvvəl açıqlama verib.
Yunan tərəfi ilə müzakirələrin yenidən başlaması ilə bağlı şərtləri dilə gətirən Ersin Tatar milli siyasətlərinin adada “suveren bərabərlik və bərabər beynəlxalq status”un olduğunu vurğulayıb.
Şimali Kipr Türk Respublikasının prezidenti deyib: "Kıbrısdakı yunanlar ilə danışıqların yenidən başlaması mövzusundakı şərtlərimiz aydındır. Suverenliyimiz təmin olunduğu zaman danışıqlar prosesi başlaya bilər. Görüşdə Şimali Kıbrıs Türk Respublikasına birbaşa uçuşlar və ticarətin başlaması, ticarət, idman, musiqi və dövlətləraraı görüşlərə qoyulan embarqoların və maneələrin aradan qaldırılmasının vacibliyini vurğulayacağam''.