Kiselev sanksiyaların Avropaya vurduğu ziyandan danışıb

14 Oktyabr 2024 19:43 (UTC+04:00)

…Sanksiyalar Avropaya Rusiyadan qat-qat çox ziyan vurub. SİA-nın əldə etdiyi məlumata görə, “RİA Novosti” xəbər verir ki, bu sözləri “Russia Today” beynəlxalq media qrupunun baş direktoru Dmitri Kiselev deyib.

O xatırladıb ki, Rusiya Federasiyası artıq iki il yarımdır ki, yeni reallıqda yaşayır. Kiselyovun sözlərinə görə, bu müddət ərzində ölkə çoxlu sayda sanksiyaya məruz qalıb, o, demək olar ki, bütün xarici ticarət arxitekturasını yenidən qurmalı və yeni logistik marşrutlar yaratmalı olub.

...Ancaq biz bunun öhdəsindən gəldik. Sanksiyalar Avropaya Rusiyadan daha çox zərər vurdu və bizim yeni şanslarımız oldu, - deyə o, bildirib.

Əli Babayev