Monson Rusiyada müsəlman adətləri ilə evləndi

14 Oktyabr 2024 19:35 (UTC+04:00)

...Qarışıq stil döyüşçüsü Ceff Monson Rusiyada müsəlman adətləri ilə evlənib.

SİA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı Yekaterina danışıb.

Qadın, müsəlmanların toy mərasimi olan nikah oktyabrın 7-də Ufadakı məscidlərdən birində baş tutduğunu deyib.

...Ceff və mən şəxsi həyatımızı ictimaiyyətə açıqlamadığımız üçün toy mərasimi olduqca təvazökar şəkildə keçdi. Biz isə 2025-ci ildə, çox güman ki, yazda çoxlu qonaqlarla möhtəşəm toy keçirməyi planlaşdırırıq, - deyə o qeyd edib.

Qeyd edək ki, 2024-cü ilin yayında Monson İslamı qəbul edib. O, bir neçə ildir ki, bu barədə düşündüyünü etiraf edib. 2023-cü ilin mayında idmançı Amerika vətəndaşlığından imtina etdiyini bildirib.

O, 2018-ci ildə Rusiya pasportu alıb. 53 yaşlı idmançı MMA-dakı çıxışları ilə tanınır. Onun qarışıq döyüş növləri üzrə 60 qələbəsi və 26 məğlubiyyəti var.

Əli Babayev