UEFA Millətlər Liqasının C Divizionunun IV tur oyununda Bakıda üz-üzə gələcək Azərbaycan və Slovakiya yığmalarının start heyəti açıqlanıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:
Azərbaycan: Mehdi Cənnətov, Bədavi Hüseynov, Rahil Məmmədov, Elvin Cəfərquliyev, Anton Krivotsyuk, Qismət Alıyev, Aleksey İsayev, Ceyhun Nuriyev, Ramil Şeydayev, Toral Bayramov, Mahir Emreli
Baş məşqçi: Fernandu Santuş
Slovakiya: Marek Rodak, Lübomir Şatka, Milan Şkrinyar, David Hantsko, Peter Pekarik, Stanislav Lobotka, Ondrey Duda, Laslo Beneş, Tomas Suslov, Lukas Haraşlin, David Strelets.
Baş məşqçi: Françesko Kaltsona
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.