Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı

14 Oktyabr 2024 17:52 (UTC+04:00)

Rusiya ordusu Zaporojya vilayətinin Levadnoye yaşayış məntəqəsini nəzarətinə keçirib.

SİA xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı bəyanatda Rusiya Silahlı Qüvvələrinin Ukraynada həyata keçirdiyi hərbi əməliyyat barədə məlumat verilib.

Bəyanatda Rusiya ordusunun Ukrayna cəbhəsində irəlilədiyi bildirilib.

“Cənub Hərbi Qrupunun bölmələri Zaporojyadakı Levadnoye yaşayış məntəqəsini azad edərək əlverişli mövqelər ələ keçiriblər'',-deyə bəyanatda vurğulanıb.

Rusiya prezidenti Vladimir Putinin 30 sentyabr 2022-ci ildə imzaladığı fərmanla Ukraynanın Donetsk, Luqansk, Zaporojya və Xerson vilayətləri qanunsuz olaraq ilhaq edilib.