...Bu arada Rusiyada mühakimə olunan, həbsxana və koloniyalarında cəza çəkən Mərkəzi Asiya vətəndaşları, eləcə də digər əcnəbilər kütləvi şəkildə Ukraynaya qarşı döyüşmək üçün müqavilə imzalayıb müharibəyə getməyə məcbur edildiklərini bildirirlər.
İddialara görə, həbsxana əməkdaşları cəza müddəti başa çatmaq üzrə olan gənclərə xüsusi təzyiq göstərirlər.
SİA-nın əldə etdiyi məlumata görə, “Present Time” qəzetinin əməkdaşları Rusiya həbsxanasında cəza çəkən Covid adlı Tacikistan əsilli şəxslə əlaqə saxlayıblar.
...Deməli, həmsöhbətin dediyinə görə, onun 32 yaşı var, Rusiyada 7 il həbs cəzası alıb və onun cəzasının bitməsinə 6 ay qalır.
Covid Moskva yaxınlığındakı ciddi rejimli koloniyada onunla birlikdə cəza çəkən Tacikistan və Özbəkistandan olan məhbuslardan danışıb və onların ağır vəziyyətdə olduğunu bildirib.
...Onlar döyüşmək istəmirlər, lakin koloniyada onlar üçün yaradılmış şəraitdə yaşamağa davam edə də bilmirlər.
...Covid bildirib ki, məhkum olunmuş taciklər və digər əcnəbilər öz ölkələrinin vətəndaşlığından imtina etməyə və Rusiya vətəndaşlığı üçün müraciət etməyə məcbur edilirlər.
Və təbii ki, onlara rus ordusunda xidmət etmək üçün müqavilə bağlamaq da təklif olunur. Əslində isə bu təklif yox, bir növ məcburi ultimatumdur.
...Əgər imzalamasan, səni cəza kamerasına salırlar, vətəndaşlıqdan çıxmaq barədə ərizəni Tacikistana göndərirlər. Və çox vaxt da bizim adımız olan sənədləri özləri imzalayırlar.
Covid artıq neçə məhbusun müqavilə imzaladığını bilmir, lakin o, özü və bir neçə həmyerlisinin Tacikistan vətəndaşlığından imtina etmək istəmədiyini bildiyini və bunun üçün əlavə təzyiqlərə məruz qaldığını deyir.
...Bu günlərdə Covidin saxlandığı koloniyadan bir qrup miqrant məhbus redaktora məktub yazıb. Onlar iddia edirlər ki, cəzaçəkmə müəssisəsində Özbəkistan və Tacikistan vətəndaşlığı olan 400-ə yaxın məhbus saxlanılır. Həbsxana işçiləri onlarla kobud davranırlar, onları dini zəmində təhqir edirlər. Bundan əlavə, rus “nazorlar” Rusiya vətəndaşlığı olan digər məhbusları miqrant məhbusları döyməyə çağırırlar.
Əcnəbilər onu da bildiriblər ki, məhbusların həbsxanada qalmasını dözülməz etmək üçün koloniya tərəfindən verilən həbsxana geyimləri məhbuslardan götürülür və mühafizəçilər tərəfindən yandırılır.
Keçən gün onlar bir siyahı tərtib edib sonra da təhdid etdilər ki, vətəndaşlıqlarına baxmayaraq, onları Ukraynaya müharibəyə göndərəcəklər.
...Bizi öz təşəbbüsümüzlə döyüşə getməyi təklif edirlər: belə olan halda, deyirlər ki, guya daha yaxşı yerlərə düşəcəksiniz. Əgər zorla göndərilsəniz, sağ qalmaq şansı olmayan cəbhə xəttinə göndəriləcəksiniz.
Bunu miqrantlar yazır.
Covid deyir ki, mühafizəçilər cəza müddəti başa çatmaq üzrə olan gənc məhbuslara xüsusi təzyiq göstərirlər.
...Yeri gəlmişkən, Rusiya hakimiyyəti Ukraynaya qarşı təcavüzün ilk günündən məhbusları zorla müharibəyə göndərmək təcrübəsini həyata keçirir.
Yadınızda olar, əvvəllər bununla “Vaqner” PMC məşğul idi: “işə götürənlər” altı aylıq döyüşlərdə iştirak etdikdən sonra məhbuslara azadlıq vəd edirdilər.
İndi isə “işə qəbul” Rusiya Müdafiə Nazirliyinin xətti ilə həyata keçirilir və belə şərtlər artıq mövcud deyil: məhbuslar heç bir müddət olmadan, müharibənin sonuna qədər cəbhə bölgəsinə göndərilirlər.
...Bəzi iddialara görə, hazırda Rusiya həbsxanalarında olan Tacikistan vətəndaşlarının dəqiq sayı məlum deyil: onların bir çoxunun Rusiya vətəndaşlığı var və statistikada onlar ruslar kimi qeyd olunur.
...Keçən il Tacikistan Daxili İşlər Nazirliyinin rəhbəri Rusiya həbsxanalarından təxminən 100 Tacikistan vətəndaşının Ukraynaya müharibəyə göndərildiyini bildirsə də, görünür, bu rəqəm dəqiq deyil.
Əli Babayev