Bu gün Qazax rayonunda bir nəfər gənc minaya düşərək xəsarət alıb. SİA-nın Qazax üzrə bölgə müxbiri Kamran Əskiparalı bildirib ki, xəstə Mərkəzi Xəstəxanaya çatdırılıb, ilkin tibbi yardım göstərilib.
TƏBİB-dən SİA-nın sorğusuna cavab olaraq bildirilib ki, mina partlayışı hadisəsi səbəbilə xəsarət alan 1 nəfər (kişi cinsli) 14 oktyabr 2024-cü il tarixində Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: "Mina partlayışı nəticəsində sağ ayaq nahiyəsindən xəsarət alan 2001-ci il təvəllüdlü şəxsə zəruri tibbi xidmət göstərildikdən sonra tibb müəssisəsinin Cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti stabildir".
Onun mal-qara otaran zaman minaya düşdüyü bildirilir.
Qeyd edək ki, xəstənin həyati təhlükəsi yoxdur.