Azərbaycanda ümumi daxili məhsul 4,7 faiz artıb

14 Oktyabr 2024 12:44 (UTC+04:00)

2024-cü ilin yanvar-sentyabr aylarında ölkədə 92829,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz çox ümumi daxili məhsul istehsal olunub. SİA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd edilib ki, yanvar-sentyabr aylarında iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,9 faiz, qeyri neft-qaz sektorunda isə 7,1 faiz artıb.

ÜDM istehsalının 37,1 faizi sənaye, 9,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,3 faizi tikinti, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 19,2 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,2 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 9102,9 manata bərabər olub.