"Səs Azərbaycan" layihəsinin münsiflər heyəti yenilənib. SİA xəbər verir ki, bu barədə İctimai Televiziya və Radio Yayımları şirkəti məlumat yayıb.
Bildirilib ki, ustadlar siyahısında Xalq artistləri, Röya və Zülfiyyə Xanbabayeva, o cümlədən, "Avroviziya 2011" mahnı müsabiqəsinin qalibi Eldar Qasımov və bəstəkar-müğənni Murad Arif yer alacaq. Zülfiyyə Xanbabayeva, Eldar Qasımov və Murad Arif yarışmada bir neçə dəfə münsiflər heyətində çıxış etsələr də, bu, Röya Ayxanın səs müsabiqəsindəki ilk sezonu olacaq.