Ukraynalı mütəxəssis Aleksandr Petrakov Millətlər Liqası matçında Şimali Makedoniya yığmasına məğlubiyyətdən sonra Ermənistan millisinin baş məşqçisi postundan qovulub. SİA xəbər verir ki, bu barədə məlumat Ermənistan Futbol Federasiyasının (FFA) rəsmi saytında dərc olunub. Oktyabrın 13-də Ermənistan millisi turnirin qrup mərhələsinin dördüncü turunda evdə Şimali Makedoniyaya məğlub olub.
Görüş 0:2 hesabı ilə başa çatıb. Buna qədər erməni futbolçular Millətlər Liqasında Latviyaya 4:1 hesabı ilə qalib gəlib, Farer adaları ilə bərabərə qalıb - 2:2, Şimali Makedoniyaya da uduzub - 0:2. Petrakov 2023-cü ilin qışından Ermənistan milli komandasına rəhbərlik edir. Bundan əvvəl o, 2021-2022-ci illərdə Ukrayna millisini çalışdırıb.
Onun məşqçilik karyerası 1993-cü ildə başlayıb - həmin andan Ermənistan millisinə təyin olunana qədər o, yalnız Ukrayna komandaları ilə - həm klublarda, həm də müxtəlif yaşlarda olan milli komandalarda çalışıb.