...Çebarkulda (Rusiyanın Çelyabinsk vilayətində şəhər-A.B.) hərbi hissədə xidmət edən rusiyalı əsgərlər onlardan xəbərsiz onları müqaviləli əsgər kimi yazdıqlarından xəbər tutublar.
SİA bu barədə Rusiyanın “Diqqət, Xəbər” TG kanalına istinadən xəbər verir.
Deməli, çağırışçı əsgərlər Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalamaq üçün ödəniş aldıqlarından şikayətləniblər, baxmayaraq ki, heç nə imzalamayıblar və bu cür təkliflərdən imtina ediblər.
...Belə ki, sentyabrda iki çağırışçıya Tatarıstanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bir illik müqavilə imzalamaq üçün isə 400 min rubl məbləğində ödəniş təklif edilib.
Çağırışçılar maliyyə təklifindən qəti şəkildə imtina edərək, bildiriblər ki, onlara və onların əsgər yoldaşlarına müqavilə imzalamaq üçün təzyiq göstərirlər. Lakin bundan imtina edən çağırışçılar və heç yerdə imza atmayıblar.
…Mən imzalarımı heç yerə qoymamışam və atmaq niyyətində deyiləm.
Bunu rusiyalı çağırışçılardan biri deyib.
Deyilənlərə görə, Rusiya ordusu ilə müqavilənin aldatma və ya zorla bağlanması ilk dəfə deyil.
Amma əvvəllər belə aldatma əsasən əcnəbilərin “işə cəlb edilməsi” ilə bağlı olub.
Belə ki, 2024-cü ilin sentyabrında Qanadan olan 14 nəfər “işçi” agentləri tərəfindən aldadılaraq Rusiya ordusuna qoşulublar.
İddialara görə, 14 miqrant Rusiyada yaxşı maaşlı iş vədləri ilə 4 avqust 2024-cü il bazar günü Qanadan Toqo vasitəsilə Rusiyaya gəliblər. Gəldikdən az sonra, əmək müqaviləsi olduğuna inandıqları sənədi imzalamaq üçün Kostroma şəhərinə aparılıblar. Və sonradan imzalanan sənədin Ukrayna ilə müharibə üçün Rusiya ordusu ilə müqavilə olduğu ortaya çıxıb.
...Həmçinin sentyabrda məlum olub ki, Azərbaycan Xarici İşlər Nazirliyi Çeçenistanda saxlanılan azərbaycanlılarla bağlı Rusiya Xarici İşlər Nazirliyinə nota göndərib. Qeyd edilir ki, ruslar onları da Ukrayna ilə müharibəyə məcbur ediblər.
...Başqa bir fakt, 13 sentyabr 2024-cü ildə məlum olub ki, 45 Hindistan vətəndaşı Rusiya ordusundan “qovulub”..?
Sonradan 45 hindlinin qanunsuz olaraq Rusiya ordusuna qoşulmağa və Ukraynaya qarşı cəbhədə döyüşməyə məcbur edildiyi bildirilir.
Yeri gəlmişkən, hindistanlıların Rusiya ordusundan azad edilməsi məsələsini Hindistanın baş naziri Narendra Modi Moskvaya səfəri zamanı qaldırıb.
Əli Babayev