Bakının Binəqədi rayonunda dava zamanı bir nəfər xəsarət alıb.
SİA APA-ya istinadən xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.
2004-cü il təvəllüdlü Kərimov Məhəmməd Rövşən oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.