Media: Berbok və Xabek İsrailə silah tədarükünü əngəlləyir

13 Oktyabr 2024 21:24 (UTC+04:00)

Almaniya, mart ayından bəri İsrailə silah vermir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Almaniyanın “Bild” qəzeti yazır.

Qəzetin yazdığına görə, hökumətdə İsrail Müdafiə Qüvvələrinin tədarükünü tam olaraq kimin əngəllədiyi barədə məlumat yalnız indi, istintaqın başlanmasından altı ay sonra əldə edilib.

Jurnalistlər izah ediblər ki, Yaşıllar partiyasının nümayəndələri Berbok və Xabek İsraildən Almaniya tərəfindən verilən silah və hərbi texnikanın Qəzza və Livanda “soyqırım üçün istifadə olunmayacağına” dair yazılı zəmanət tələb ediblər.

Onların sözlərinə görə, İsrailə tədarükün dayandırılması fonunda Almaniya Türkiyə və Qətərə silah göndərir.

Bundan əvvəl Almaniya kansleri Olaf Şolz Bundestaqda çıxışı zamanı bildirmişdi ki, Almaniya İsrailə silah tədarük edib və verməyə davam edəcək.

Əli Babayev