“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola karyerası ərzində ən çətin rəqibindən danışıb.
SİA Qol.az-a istinadən xəbər verir ki, o, “Mundo Deportivo”ya açıqlamasında deyib: “Kloppun məşqçiliyi dövründə “Liverpul”a müqavimət göstərmək onların oyun tərzinə görə çox çətin idi. Ona görə onlarla rəqabət dövründə əldə etdyimiz nailiyyətlərlə fəxr edirəm. Bu, ən böyük uğurdur, bunu da əldə etdik”.
Qeyd edək ki, Xosep Qvardiola məşqçilik karyerası ərzində “Barselona”, “Bavariya” və “Mançester Siti” kimi klublarda işləyib.