Volqoqrad vilayətinin Kotelnikovo şəhərinin azyaşlı sakini kibritlə oynayarkən yanğın törədib.
SİA xəbər verir ki, bu barədə Baza Telegram-da məlumat yayıb.
...4-cü sinif şagirdi Vorovskaya küçəsində qonşusunun evinin yaxınlığında kibritlə oynayırmış. 13 yaşlı məktəbli kartonu yandırıb, daha sonra alov yaxınlıqdakı evə keçib və nəticədə yanğın baş verib.
Nəşrin mənbələri yanan evdə anasına yanğın barədə məlumat verən uşaq olduğunu bildirib. O, xilasediciləri və polisi çağırıb. Yanğınla ehtiyatsız davranılması nəticəsində 2-ci mərtəbə tamamilə yanıb, evin yanında dayanmış avtomobilə ziyan dəyib.
Nazlı Almuradova