...Əgər Şimalı Koteyalı hərbçiləri həqiqətən də Rusiya Federasiyası tərəfində Ukraynaya qarşı döyüşürsə, o zaman ruslar bir sıra problemlərlə üzləşə bilər.
Məsələ bundadır ki, ruslar özləri əcnəbilərlə ünsiyyət qurmağın çətin olduğunu etiraf edirlər.
Hətta Afrikadan “sınıq” ingiliscə danışan “könüllü” gəldikdə belə, Şimali Koreyadan gələn hərbçi onların hərəkətlərini necə əlaqələndirməklə bağlı sual yaranacaq.
SİA-nın əldə etdiyi məlumata görə, bunu yerli radioya Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı İvan Stupak danışıb.
...Şimali Koreyalılar gələndə onlara nə etməli, hara getməli, hara atəş açacaqlarını necə deyərsən? Və sual yaranır: onlar müharibədə iştirakın ilk saatlarında qaçmayacaqlarmı, təslim olmayacaqlarmı və Pxenyana qayıdanlar daha 30 il “burjuaziyanın orada necə yaşadığından” danışmayacaqlarmı? ...O vaxt Berlində olan Qırmızı Ordu əsgərləri kimi!
Ekspertin sözlərinə görə, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri artıq bir neçə dəfə Şimalı Koteyalıların guya ukraynalılara qarşı müharibədə rusların tərəfində iştirak edəcəyi barədə məlumatlar peyda olub, lakin bu baş verməyib.
...Şimali Koreya mətbuatında onların döyüş hazırlığını artırdıqları və Cənubi Koreyadan hücum gözlədikləri barədə məlumatlar var. Və bu paradiqmada Şimali Koreyanı cənubdan hücum gözləyirsə, müəyyən sayda hərbçisinin Ukraynaya göndərilməsi qəribədir. Yəni mənasız görünür. Eyni zamanda, bu, ancaq təbliğat elementi ola bilər.
Əli Babayev