İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran sülhə can atır, lakin müharibəyə hazırdır və bundan qorxmur. O əlavə edib ki, respublika Qəzza zolağında və Livanda sülhün bərqərar olması üçün səy göstərəcək.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ISNA yazır.
2023-cü il oktyabrın 7-dən etibarən İsrail Fələstinin “HƏMAS” hərəkatına qarşı fəal mübarizə aparır, 1 oktyabr 2024-cü ildə Livanın cənubunda “Hizbullah” qüvvələrinə qarşı quru əməliyyatına başlayıb.
...İran istənilən vəziyyətə hazır olsa da, gərginliyin, münaqişələrin və müharibənin artmasına can atmır. Biz müharibəyə hazırıq, sülhə də hazırıq. Bu, İslam Respublikasının qəti mövqeyidir: biz müharibə vəziyyətinə tam hazırıq, müharibədən qorxmuruq, - deyə nazir vurğulayıb.
Əraqçinin sözlərinə görə, Tehran bütövlükdə Yaxın Şərqdə sülhün bərqərar olmasına çalışır və Qəzza və Livanda ədalətli sülhün bərqərar olması üçün səy göstərəcək.
Əli Babayev