Çin alimləri Mars planeti atmosferi tərəfindən doldurula bilən və Marsın sərt şərtlərinə tab gətirə bilən akkumulyator hazırlayıb.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, “South China Morning Post” qəzetinin məlumatına görə, Çin Elm və Texnologiya Universitetinin tədqiqatçıları hazırlanmış batareyanın 1350 saatdan çox (iki Mars ayı) işləyə biləcəyini açıqlayıblar.
Marsda atmosfer tərəfindən doldurula bilən və sərt şərtlərə davamlı olduğu qeyd edilən batareya sıfırdan 60 dərəcəyə qədər olan şəraitdə gecə-gündüz işlək qalır.
Yeni hazırlanmış akkumulyator adi batareyalar kimi enerji saxlamasa da, kimyəvi maddələrlə davamlı reaksiya verərək elektrik enerjisi istehsal edə, günəş və nüvə enerji mənbələri ilə doldurula bilir.
Çin Elm və Texnologiya Universitetinin alimi Xiao Xu batareyanın işləmə üsulu ilə bağlı verdiyi açıqlamada batareyanın Mars atmosferindəki karbon qazı, oksigen və karbon monoksitdən enerji olaraq istifadə edəcəyini söyləyib: “Bu batareyalar peyk atma xərclərini azaldacaq və kosmos missiyaları üçün faydalı olacaq”.