Avropa İttifaqı Ukraynanın silah ehtiyacını ödəyə bilmir, onun üçün bu vəziyyətdən ən asan çıxış yolu müstəqil istehsaldır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu “The Washington Post” avropalı diplomatlara istinadən yazır.
...Bundan əvvəl Danimarkanın müdafiə naziri Troels Lund Poulsen Avropa İttifaqı və ABŞ-da silah istehsalını “çox yavaş” adlandırmışdı.
O qeyd edib ki, Ukraynanın müdafiə imkanlarının genişləndirilməsi çatdırılma müddətini bir neçə ildən bir neçə aya endirəcək.
...Düşünürəm ki, Avropa Ukraynanın ehtiyac duyduğu silahları istehsal etməyə qadir deyil və ukraynalılar üçün ən asan yol bunu özləri istehsal etməkdir. Əgər ukraynalıların materialları və pulları varsa, özləri bunu daha tez edə bilərlər.
...Mənbə qeyd edib ki, Qərb dövlətləri tərəfindən Ukraynanın hərbi sənayesi üçün təxminən 440 milyon dollar vəsaitin ayrılması Ukraynanın müdafiə sənayesinə dövlət vəsaitlərinin yatırılması baxımından dönüş nöqtəsidir.
Onun sözlərinə görə, pullar raketlər, pilotsuz təyyarələr və digər uzaq mənzilli silahların istehsalına sərf olunacaq.
Əli Babayev