Bu günlərdə Sank Peterburq vilayətinin Şuşarı kəndindəki ictimai nəqliyyat dayanacağında yaralı və xeyli arıqlamış tülkü tapılıb. Əslində tapılmayıb, heyvanın özü insanlardan ümid diləmək məqsədilə dayanacağa yaxınlaşıb..?
SİA-nın əldə etdiyi məlumata görə, 78.ru xəbər verir ki, heyvanın pəncələri qırılıbmış.
Hadisə şahidlərinin sözlərinə görə, tülkü yalnız arxa ayaqları üzərində çətinliklə hərəkət edə bilirmiş.
KİV-in məlumatına görə, narahat olan sakinlər mütəxəssislərə müraciət ediblər və onlar da gəlib axsaq tülkünü götürüblər. O, hazırda Vəhşi Heyvanların Reabilitasiyası Mərkəzindədir. ...Məlum olub ki, yırtıcıda açıq sınıq var. Mütəxəssislər vəd ediblər ki, müalicə olunacaq heyvan sonra yenidən təbiətə buraxılacaq.
Nazlı Almuradova