“ABŞ-ın Suriya üçün sanksiyaları yenə uzatması faktlarla bir araya sığmır”

13 Oktyabr 2024 17:33 (UTC+04:00)

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli Suriyadakı hadisələr kontekstində Amerika Birləşmiş Ştatlarının 13894 saylı Prezident Fərmanının daha 1 il müddətinə uzadılması ilə bağlı “Bu, görünən faktlarla bir araya sığmır” deyib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Ö.Keçeli ABŞ-ın 13894 saylı prezident fərmanının 1 il daha uzadılması ilə bağlı yazılı cavab verib: “ABŞ-ın Suriyadakı inkişaflar kontekstində ilk dəfə 2019-cu ildə çıxardığı 13894 saylı Prezident Fərmanının bir il müddətinə uzadılması yerdəki faktlarla uyğun gəlmir. Bu cür qərəzli tədbirləri təkrarlamaq əvəzinə Türkiyənin Suriyanın ərazi bütövlüyü və siyasi birliyini ön planda tutan siyasətini dəstəkləmək regional sabitliyə töhfə verər”.

Qeyd edək ki, ABŞ prezidentin 13894 saylı fərmanı çərçivəsində Suriyadakı bir çox hökumət tərəfdarlarına qarşı sanksiya tətbiq edilir. Sanksiyalar Suriyadakı münaqişənin siyasi həllinə mane olan, insan haqlarını pozan və ya rejimi dəstəkləyən şəxslər və qurumları hədəf alır.