Öz təhlükəsizlikləri üçün BMT sülhməramlı qüvvələri Livanın cənubundakı döyüş bölgəsindən çıxmalıdır. SİA xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.
O, birbaşa BMT baş katibi Anatoni Quterreşə müraciət edib: "!BMT-nin Livandakı sülhməramlılarını Hizbullah qalalarından və döyüş bölgələrindən çıxarmağın vaxtı çatıb. Sülhməramlı qüvvələri təhlükədən uzaqlaşdırın. Bunu dərhal etmək lazımdır”.